Artıq yay mövsümü start götürür. Türkiyəli məşhurlar əvvəldən istirahət planlarını qurublar. Onlar Türkiyə ilə yanaşı dünyanın müxtəlif istirahət mərkəzlərinə üz tutacaqlar. Favori ölkələr arasında Yunanıstan, İtaliya və Fransa da var. Bəs görəsən kim, harada, kiminlə, necə istirahət edəcək?
Milli.Az baku.ws-ə istinadən türkiyəli məşhurların istirahət planlarını təqdim edir:
Meqastar Tarkan ailəsi ilə birlikdə istirahət edə bilmək üçün özünə lüks yaxta hazırlatdırıb. Yaxta gələn ay Marmarisdə popçuya təslim ediləcək. Tarkan milyon avroluq yaxtası ilə səyahətə çıxacaq. Ailəliklə İspaniya, İtaliya, Fransa sahillərini gəzəcəklər. Yaxtanın dizaynını Tarkanın həyat yoldaşı Pınar Tevetoğlu edib.
Məşhur aktyor Kenan İmirzalıoğlu həyat yoldaşı Sinem Kobal və uşaqları ilə Çeşmədə istirahət edəcəklər.
Orada Kenan Doğulu-Beren Saat, Ebru Şahin-Cedi Osman, Gupse Özay-Barış Arduç cütlüklərini də görəcəyik. Barış Arduç həmin ərəfədə həmkarı Hande Erçelle filmə də çəkiləcək.
Aktrisa Hande Erçel iş adamı sevgilisi Hakan Sabancı ilə bir çox ölkə gəzəcək. Onlar lüks yaxta ilə İspaniya, Fransa və Yunan adalarına yollanacaqlar.
Aktrisa Birce Akalay ilə Hakan Kurtaş cütlüyü istirahət üçün Bodrumu seçiblər.
Aktrisa Serenay Sarıkaya ilə sevgilisi Mert Demir uzaq şərq ölkələrində dincələcəklər. Onlar qısa müddətlik Serenayın lüks bağ evində də istirahət edəcəklər.
Aktrisa Afra Saraçoğlu sevgilisi Mert Ramazan Demirlə qayıq kirayə götürüb tura çıxacaqlar. Onlar Avropanın müxtəlif ölkələrində təşkil edilən festivallarda da iştirak edərək əylənəcəklər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun