“Əgər oğlum, mahnımı əzbərlədisə, seviləcək”

“Əgər oğlum, mahnımı əzbərlədisə, seviləcək”

Müğənni Zamiq Hüseynov açıqlamasıyla diqqət çəkib.

OLAY yazır ki, ifaçı təqdim edəcəyi mahnıları ilk oğluna dinlətdiyini, bu sayədə, sevilib-sevilməyəciyini hiss etdiyini deyib. Bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb.

“Mahnılara hansı ki ilk versiyada maşında qulaq asıram. Əgər o, (red. – oğlu Zeyn) əzbərləyirsə, hiss edirəm ki, mahnı seviləcək. Mənim dilimdən sözləri düz götürür ki, evdə başqa adamlar kim desə, yox. Yalnız atasının. Nə desəm, tam beynində qalır”, - deyə, o, söyləyib.

Qeyd edək ki, Hüseynovun oğlu Zeynin 4 yaşı var.