Sibel Canın üzünə nə olub? - (Video)

Sibel Canın üzünə nə olub? - (Video)
Sibel Canın üzünə nə olub? - (Video)

Türkiyəli müğənni Sibel Can yeni paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan son fotolarda sənətçinin xarici görünüşündəki dəyişikliklər izləyicilərin diqqətini cəlb edib. Xüsusilə üz cizgilərinin əvvəlki görüntüləri ilə müqayisədə daha dolğun görünməsi sosial media istifadəçiləri arasında müxtəlif müzakirələrə səbəb olub.

İzləyicilər sənətçinin yanaq nahiyəsindəki dəyişiklik və üz konturlarındakı fərqlə bağlı fərqli fikirlər səsləndiriblər. Bəziləri bunu təbii dəyişiklik kimi qiymətləndirərkən, digərləri müxtəlif ehtimallar irəli sürüblər.

Sibel Canın yeni görüntüsü qısa zamanda sosial şəbəkələrdə geniş yayılaraq çoxsaylı baxış, bəyənmə və şərhlər toplayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az