Xalq artisti Afaq Bəşirqızı son zamanlar gündəmə çevrilən "Alatava" serialı ilə bağlı fikirlərini bildirib.
Milli.Az olay-a istinadən bildirir ki, bu barədə "Söz-baz" verilişində danışıb və layihəni bəyəndiyini deyib.
"Axır zamanlarda uşaqlar həyati filmlər çəkirlər. Və həyati filmlərdə həmin o vəziyyətdə olan frazalardan istifad edirlər. Bunu artıq rus filmlərinin özündə də çoxdan istifadə edirlər. Mən Rasimi (red. - Xalq artisti Rasim Balayev) çox gözəl başa düşürəm. Biz artıq yaşlı adamlarıq. Biz gənclərə imkan verməməliyik ki, uğursuzluğa getsinlər. Filmlər çox keyfiyyətli çəkilib. Mən həmin o dəstənin bundan başqa filmlərinə də baxmışam. Mənim şəxsən xoşuma gəlib. Bəlkə, mən də həyatda elə adamam. Mən əsəbiləşəndə, həqiqətin çılpaqlığını bildirmək istəyəndə, məndə olur. Amma bunu birdən-birə belə bir "hayla" qəbul etmək olmaz. Bizim o qədər "hayla" qəbul ediləsi işlərimiz var ki. İndi sən gəncə deyə bilməzsən. Əksinə, gənclər "Alatava" və başqa filmlərlə tərbiyələnəcəklər. Çünki o artıq çılpaqlığı, yoxluğu görür, ona görə də etməyəcək. Bu dəqiqə "eləmə" vaxtı deyil. "Eləsən bu olacaq" deyərək göstərmə vaxtıdır", - deyə, o, söyləyib.
Qeyd edək ki, Xalq artistləri Rasim Balayev və Əli Nur ekran işini tənqid edərək bəyənmədiklərini demişdilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun