Mayın 11-də İsveçrənin qalibiyyəti ilə başa çatan "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsinin gələn il hansı şəhərdə keçiriləcəyi ilə bağlı məsələ müzakirə olunur.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, İsveçrənin üç şəhəri - Cenevrə, Bazel və Sankt-Qallen mötəbər yarışı keçirməyə namizəd olub.
Lakin namizəd şəhərlər beynəlxalq müsabiqəni qəbul edə bilmək üçün bir sıra şərtlərə cavab verməlidir. Bura böyük konsert zalının olması, hotellərdə qonaqların yerləşməsi üçün yetərincə yer və ictimai qidalanma üçün inkişaf etmiş xidmət sektoru daxildir.
"Avroviziya-2024"ün qalibi Nemo isə müsabiqənin doğma şəhəri Bildə keçirilməsini istədiyini açıqlayıb. Lakin etiraf edib ki, çox güman, orada hotellərdə iştirakçılar və qonaqlar üçün yetərincə yer olmayacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun