Avroviziya təmsilçimiz Aysel Adıgözəlzadə müsabiqə ilə bağlı sosial media hesabında paylaşım edib.
Milli.Az olay-a istinadən bildirir ki, ifaçı yarışmanın böyük finalında 12 xalı açıqladığı anları izləyiciləriylə bölüşüb.
"Avroviziyaya qayıtmaq xoş hiss etdirdi", - deyə, o, bildirib.
Qeyd edək ki, Aysel Azərbaycanı Avroviziyada 2009-cu ildə məşhur müğənni Aras ilə təmsil etmiş və üçüncü yeri tutmuşdu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun