Tanınmış xanəndə efirdə ağladı - (Video)

Tanınmış xanəndə efirdə ağladı - (Video)
Tanınmış xanəndə efirdə ağladı - (Video)

Tanınmış xanəndə və aparıcı Gülzar Fərəcova aparıcısı olduğu verilişdə kövrək anlar yaşayıb.

Milli.Az xəbər verir ki, proqram kollektivi sənətçinin 30 illik yubileyi münasibətilə onun üçün xüsusi süjet hazırlayıb. Efir zamanı nümayiş olunan sürpriz görüntülər Gülzar Fərəcovanı duyğulandırıb.

Hazırlanan videonu izləyən sənətçi hisslərinə hakim ola bilməyərək göz yaşlarını saxlaya bilməyib. Verilişdə yaşanan səmimi anlar studiyadakı qonaqlar və tamaşaçılar tərəfindən də maraqla qarşılanıb.

Doğum günü münasibətilə hazırlanan sürpriz və Gülzar Fərəcovanın emosional reaksiyası sosial şəbəkələrdə də geniş yayılıb. Görüntülər izləyicilər tərəfindən maraqla qarşılanaraq çoxsaylı şərhlərə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az