Xəbər verdiyimiz kimi, çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs olunan Nihal Candan aclıq aksiyasının ardından azadlığa buraxılıb.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, fenomen ilk dəfə həbsdə olduğu müddətdə başına gələnlərdən danışıb.
O, həbsxanada olduğu müddətdə gündə 7 dəfə namaz qıldığını söyləyib:
"Baharla betonların arasında bildiyimiz bütün meditasiyaları etdik. Gündəlik tutduq. Onsuz da səhər namazını heç vaxt buraxmazdım. Səhər namazı mənim üçün çox dəyərlidir. Çünki "Namaz yuxudan yaxşıdır" hədisi var. Ən çox sevdiyim hədisdir. Gündə 7 vaxt namazımı qılmırdım. Amma orada qıldım. Bacıma bunu aşılamağa çalışdım".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun