Müğənni Ayan Babakişiyeva istirahət zamanı xoşagəlməz hadisə ilə üzləşib.
Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək mobil telefonunu istirahətdən qayıdarkən Antalyada hava limanında unutduğunu bildirib.
Ayan qeyd edib ki, buna görə istirahətlərinin zövqü yarımçıq qalıb.
"Selena sağ olsun. Telefon Antalya hava limanında qalıb. Bütün istirahətin dadı burnumuzdan gəldi" deyə, müğənni paylaşımında yazıb.
Sənətçi əlavə edib ki, övladə Selenaya məxsus telefon tapılsa da necə göndəriləcəyi bilinmir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















