Şuşada keçirilən "Xarıbülbül" festivalında səhnəyə çıxanlar arasında Xalq artisti Zülfiyyə Xanbabayeva da yer alıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni xanəndə Xan Şuşinskinin "Şuşanın dağları" mahnısını oxuyub.
Cıdır düzündə video çəkən Xanbabayeva onu instaqram izləyiciləri ilə bölüşüb.
"Xan əmi... Neçə nəsillərə miras qoyduğunuz əvəzsiz əsərinizi illər sonra sizinlə Şuşada ifa etməyimlə qürur duyur və ruhunuz qarşısında baş əyirəm" deyə, müğənni paylaşımında yazıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun