Haluk Leventin köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - (Foto)

Haluk Leventin köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - (Foto)
Haluk Leventin köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - (Foto)

Türkiyədə AHBAP Dərnəyi ilə bağlı aparılan istintaqda yeni detallar ortaya çıxıb.

Milli.Az xəbər verir ki, istintaq çərçivəsində həbs olunan AHBAP-ın təsisçisi Haluk Leventlə dərnəyin digər təsisçilərindən olan Alper Çelik arasında aparıldığı iddia edilən yazışmalar araşdırılıb.

İddialara əsasən, mobil telefon məlumatlarının incələnməsi zamanı tərəflər arasında mərc oyunları ilə bağlı mesajlar aşkarlanıb. Yazışmalarda müxtəlif futbol qarşılaşmalarına dair proqnozlar və mərc məbləğləri ilə bağlı qeydlərin yer aldığı bildirilir.

Məlumata görə, araşdırma materiallarında bəzi kuponların ekran görüntüləri də yer alıb. Həmçinin yazışmalarda yüksək məbləğli mərc əməliyyatlarının aparıldığına dair iddialar da mövcuddur.

Digər tərəfdən, istintaq çərçivəsində saxlanılan Alper Çelikin məhkəmə qərarı ilə həbs olunduğu bildirilir. Hüquq-mühafizə orqanları tərəfindən araşdırmaların davam etdiyi qeyd edilir.

Qeyd edək ki, istintaq prosesi yekunlaşmayıb və irəli sürülən iddialarla bağlı məhkəmənin yekun qərarı açıqlanmayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Haluk Leventin köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - (Foto)
Haluk Leventin köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - (Foto)
Haluk Leventin köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - (Foto)
Mənbə: news.milli.az