Türkiyəli pop ulduzu Hadisənin formada qalmasına kömək etdiyi deyilən səhər yeməyi resepti sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milli.Az xəbər verir ki, paylaşımı jurnalist Anar Salehoğlu təqdim edib. Bildirilib ki, bu qidalanma variantı uzun müddət toxluq hissi yaratdığı və balanslı tərkibə malik olduğu üçün sərt pəhrizlərdən daha faydalı hesab olunur.
Reseptə əsasən, 1 ədəd yumurta, 1 ədəd kök və 2 xörək qaşığı yulaf qarışdırılır. Hazırlanan qarışıq tavada təxminən 2 dəqiqə bişirilir. Daha sonra isə arasına zövqə uyğun olaraq pendir, kəsmik, xiyar, pomidor və ya ət əlavə edilə bilər.
Qısa zamanda yayılan paylaşım sağlam qidalanmaya maraq göstərən istifadəçilərin diqqətini cəlb edib. Bir çox izləyici resepti sınayacağını bildirib, digərləri isə onun həm praktik, həm də faydalı səhər yeməyi seçimi olduğunu qeyd ediblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















