Türkiyənin Muğla vilayətinin Milas rayonunda baş verən meşə yanğını məşhurlara məxsus evlərə də ziyan vurub.
Milli.Az xəbər verir ki, güclü küləyin təsiri ilə qısa zamanda geniş əraziyə yayılan alov Kazıklı kəndində yerləşən lüks yaşayış kompleksinə də çatıb.
Məlumata görə, aktyor Çağatay Ulusoy, Yasemin Ergene və "Qalatasaray"ın futbolçusu Lukas Torreyra da həmin ərazidə evi olan məşhurlar arasındadır. Yanğın nəticəsində onların villalarına ciddi maddi ziyan dəyib.
Hadisə zamanı yaşayış kompleksində böyük təşviş yaşanıb. Sakinlər təhlükəsizlik məqsədilə helikopterlərlə ərazidən təxliyə ediliblər. Ümumilikdə isə bölgədən minə yaxın sakinin təxliyə olunduğu bildirilib.
Səhər saatlarında yanğın nəzarət altına alınsa da, bir sıra evlərə ciddi ziyan dəyib. Hadisə nəticəsində xəsarət alanlarla bağlı isə hələlik rəsmi məlumat yayılmayıb. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















