16:06
"Hər kəsə təşəkkür edirəm, bir çoxlarınıza cavab verə bilməmişəm. Gözəl söz yazanlara təşəkkür edirəm. Qəzadır da, qəza baş verir. Deyirlər, Aytən Səfərova rəhmətə gedib. Yox, sağam. Amma düşdüyüm qəzada rəhmətə gedən Ayxana Allah rəhmət eləsin. Onsuz məkanı cənnətdir. Anası Rəhiməyə, atası Sabitə Allah səbr versin.
Bir çoxları yazır ki, günah Aytən Səfərovadadır, məşhurdur deyə kadrları ört-basdır edir. Bu sakitçilikdən özümün də xoşum gəlmir. Kadrları özüm də görmüşəm və günahım yoxdur. İlk vaxtdan ailəmə, yaxınlarıma necə demişəmsə, elədir. Səhər 7-də işə gedirəm, 16 ildir gedib-gəldiyim yoldur. İşıqfora yaxınlaşanda sürəti azaldıram, 60-65 idi, qarşıma isə cip çıxır. Gəlir, sürətlə dönməyi bir tərəfə, hələ qazı basır. Düz get göstəricisi olan xəttən dönməsi bir yana, qırmızı işıqda dönür. Kadrları gördüm, amma əldə edə bilmirəm. Niyə, məqsəd nədir? İstintaq sirridir, dövlət sirri deyil axı. Ölüm halıdır, istintaq gedir. Niyə kadrlar ictimailəşmir? Mənə niyə verilmir? Vaxt getdikcə hiss edirəm ki, yaxşı qoxu gəlmir. Üfunətin qarşısını almaq istəyirəm. Haqqımdı kadrı əldə etmək. Korrupsiya ilə mübarizə aparan dövlətdə yaşayırıq. Ölkə başçısı deyir ki, vətəndaşın hüququ qorunmalıdır. Mənim haqqım kadrları görməkdir".
-------
15:47
Bir müddət əvvəl Bakıda qəzaya düşən aparıcı Aytən Səfərova hadisədən sonra ilk dəfə danışıb.
Milli.Az "unikal"a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında video paylaşıb.
- Aytən Səfərovanın düşdüyü QƏZA ANI - VİDEO
"Qəzadır, hər kəsin başına gələ bilər. Heç kim bundan sığortalanmayıb. Kadrları izləmişəm. Orada mənim günahım yoxdur", - deyə o həmin videoda bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun\