Aparıcı Namidə İsayeva Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailəsində yola davam. Görüləcək işlər çox, məsuliyyət böyük", - deyə Namidə İsayeva qeyd edib.
Xatırladaq ki, əmək fəaliyyətinə "Azərbaycan dili və ədəbiyyatı" müəlliməsi kimi başlayan N.İsayeva daha sonra sağlamlıq turizmi sahəsində işini davam etdirib.
2019-cu ildən Lider TV-də "Həkimim" verilişində, daha sonra Xəzər FM-də yayımlanan "Radio Doktor" verilişi və ARB telekanalında yayımlanan "Yeni mən" verilişində layihə rəhbəri və aparıcı, 2022-ci ildən "Nizami Tibb Mərkəzi"nin İctimaiyyətlə əlaqələr və mətbuat rəhbəri olaraq fəaliyyətini davam etdirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun