"Həmin müğənnilərin toya gəlməsi bizə ziyandır"

"Həmin müğənnilərin toya gəlməsi bizə ziyandır"

"Toy bütün adətlərimizin tacıdır. Uşaqlıqdan toyda püxtələşmişik. Toy aparmağın özü böyük məsuliyyətdir. Toyun əvvəlini nə qədər konsert tipində etsək də, sonradan toy ab-havası olmaldır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev "İncə səhər" verilişində deyib. Müğənni bildirib ki, bütov toy aparanda başqa ifaçının məclisə gəlməsini sevmir:

"Yarımsaatlıq müğənninin gəlməsi bütöv toy aparan ifaçıya xoş deyil. Bizə ziyan olur. Düşünürəm ki, toyda 3 yox, 2 yarımsaatlıq ifaçı gəlsə bəsdir. Bu, şan-şöhrətdən və bəylə gəlinin istəyindən irəli gəlir. Müğənni çox olanda oynayanların da ürəyi qırılır"

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun