"Təzə aldığım paltarı əynimə geyinməmiş verirdim onlar geyinirdi".
Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zahidə Günəş "Günaydın Azərbaycan" verilişində deyib.
Sənətçi səbət cameəsində qarşılaşdığı dost xəyanətindən danışıb. Vaxtilə yaxşılıq etdiyi müğənnilərin sonradan ona dönük çıxdığını, həyatının ən ağır günlərində onu yada salmadığını deyib:
"O müğənni indi həyatda yoxdur. Fəxri adı da var, çox yaxşılıqlarım dəyib, özüm efirə çıxmırdım, onu efirə çıxarırdım, halal xoşu olsun. Amma ona televiziyada vəzifə veriləndə mənə salam belə vermirdi. Depressiyaya düşdüyüm vaxtlar olub, dost dediklərim yada salmayıblar məni. İndi sənət aləmində heç kimlə dostluq etmirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun