Türkiyəli aktyor Onur Seyit Yaranın bacısı Leylülün onunla bağlı səsləndirdiyi iddialar gündəm olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bacısı Onurun ona, həyat yoldaşına, anasına psixoloji şiddət göstəridiyini bildirib:
"Mənim və ya həyat yoldaşımın başına bir iş gələrsə, bunun səbəbkarı Onurdur. Guya o peyğəmbərdir".
Məsələ ilə bağlı aktyorun bacısı yenidən paylaşım edərək qardaşı ilə arasındakı problemlər səbəbindən belə ifadələr səsləndirdiyini vurğulayıb:
"Qardaşımla aramda olan mübahisəni böyüdüb sosial mediaya daşıdığım və yanlış anlaşımağa şərait yaratdığım üçün hər kəsdən üzr istəyirəm".
Onur isə bacısının psixoliji problemlərinin olduğunu açıqlayıb:
"Bacım psixoloji depressiya səbəbindən müalicə alır. Bu səbəbdən məhkəməyə müraciət etməyəcəyəm".
Qeyd edək ki, Onur son olaraq "Kardeşlerim", "Yan oda" seriallarında rol alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun