Aparıcı Mətanət Əliverdiyeva efirdə kobud danışıq tərzinə görə müğənni Əli Mirəliyevə iradını bildirib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, hadisə "Xəzər axşamı" verilişində yaşanıb.
- "Yazırlar ki, "qoca nənəsən, niyə soyunursan?"" - VİDEO
- Elcan Rəsulov xəstəxanadan yeni VİDEOsunu paylaşdı
Mətanət Ə.Mirəliyevi studiyaya dəvət edəndən sonra onu sorğu-suala tutub. Müğənni isə aparıcıya "Az", arxasınca "Ay qız" deyə müraciət edib. Bunu eşidən Əliverdiyeva Mirəliyevə barmaq silkələyərək "Mən nə "Az", nə də ki "Ay qız"am. Mən Mətanət xanımam. "Az" ən nifrət etdiyim sözdür" cavabını verib.
Gərginliyi yumşaltmaq üçün müğənni "Az" sözü bakılıların sözüdür. Onlar hər dəqiqə bu sözü deyirlər" deyib. Lakin aparıcı "Mənim əhatəmdə o qədər bakılılar var ki... Amma onlar mənə "Az" deyə müraciət etmirlər" söyləyək qarşı tərəfin jarqon ifadəsinə etiraz edib.
Əli Mirəliyev isə Mətanətdən üzr istəyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun