"10 günə böyük bir ziyafət edəcəyik"

"10 günə böyük bir ziyafət edəcəyik"

Müğənni Təranə Qumral böyük ziyafətə hazırlaşır.

Milli.Az bildirir ki, lent.az-a açıqlama verən müğənni bildirib ki, hazırda Qubadakı bağ evlərində gərgin iş gedir:

"Musa müəllim (Təranə xanımın həyat yoldaşı Musa Musayev) ustaların başında dayanıb, tələsdirir. 10 günə işlər bitsin, böyük bir ziyafət edəcəyik. Qızımız Sevgim ali məktəbə qəbul olunub. Bu xoş günü dostlarımızla qeyd edəcəyik".

Müğənni bildirib ki, hazırda nəvəsi də ali məktəbə hazırlaşır.

Qeyd edək ki, müğənninin qızı Sevgim Musiqi Akademiyasına qəbul olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun