Bu ölkənin “Avroviziya” nümayəndə heyəti cərimələndi - VİDEO

Bu ölkənin “Avroviziya” nümayəndə heyəti cərimələndi - VİDEO

Ukrayna nümayəndə heyəti "Avroviziya"da köynəklərinin üzərindəki şüara görə cərimələnib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onların geyimlərinin üzərində "Azovstalın müdafiəçilərinə azadlıq" şüarı yazılıb.

Ölkəni təmsil edən müğənni Alyona Alyona müsabiqədə hər hansı siyasi şüarların nümayişinə qadağa qoyulmasından xəbərdar olduğunu, lakin komandasının qəsdən qaydaları pozduğunu etiraf edib:

"Bu köynəklərdə yarışmada görünmək çox riskli və çətin işdi. Hər hansı bir yazı və marka qadağan edilmişdi. Mühafizəçilər bütün paltarları yoxladılar və üzərində yazı varsa, onu çıxartmağı və ya yazıları qara lentlə yapışdırmağı xahiş edirdilər.

Ancaq çətinliyimiz köynəyin üzərində loqo yapışdırmaq mərhələsində başladı. Bir neçə mətbəəyə zəng etdik, bəziləri işləmədi, bəziləri isə çap etməkdən imtina etdi. Ancaq bir poliqrafiya müəssisəsinə beş dəfə zəng vurub göz yaşları içində kömək istəməkdən sonra razılığa gələ bildik. Zala girməzdən əvvəl komandamız digər geyimlərinin altına bu köynəkləri geyinərək yaşıl otağa gedə bildi.

Biz bilirdik ki, onlar bütün sənətçilərin çıxışlarının təkrarını nümayiş etdirəndə, heyətin özünü də göstərəcəklər. Ona görə də kamera bizə yaxınlaşanda komandamız sürətlə köynəyin üstünü açdı və müraciətimizi bütün dünyaya göstərdik. Çox risk etdik, amma hər şey nəticə verdi.

İnanılmaz dərəcədə şadam ki, biz dünyaya müharibə əsirlərimizi xatırlada bildik".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun