Aparıcı Tural Əsədov istirahət üçün Türkiyəyə yollanıb.
Milli.Az xəbər verir ki, aparıcı Fəthiyyə bölgəsində dincəlir. O, istirahətindən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Dəniz gəzintisinə çıxan Tural gözlənilməz mənzərə ilə qarşılaşıb. Aparıcı balina gördüyü anları lentə alaraq paylaşım edib.
Tural görüntülərə yumorla yanaşaraq "Həyatımda ağlıma belə gəlməzdi ki, balina (balası da olsa) görüm! Bu nə Aİ-dır, nə də ki, COP vaxtı Bulvara gələn maket" sözlərini yazıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















