Aparıcı Mətanət Əliverdiyeva efirdə müğənni Əli Mirəliyevə əsəbiləşib.
OLAY yazır ki, buna səbəb Mirəliyevin ona “Az” deyə müraciəti olub.
“Mən “az”, “ay qız” deyiləm. Mətiş, Mətanət xanım”, - deyə, qeyd edib.
Mirəliyev isə “Bakılılar belə deyirlər. Qəsdən etmirəm. Ağzımdan çıxır. Evdə belə öyrəşmişəm” cavabını verib.
Mətanət “Mənim ətrafımda çox bakılı var. Biri də mənə “az” deyə bilməz. Bilirəm, qəsdən demirsiniz. Amma o ifadəni sevmirəm”, - deyə, vurğulayıb.
Bundan sonra Mirəliyev aparıcıdan üzr istəyib.