Konsertdə azsaylı tamaşaçı görən müğənni təəccübləndi (Video)

Konsertdə azsaylı tamaşaçı görən müğənni təəccübləndi (Video)
Konsertdə azsaylı tamaşaçı görən müğənni təəccübləndi (Video)

Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən və ərik istehsalı ilə tanınan Malatya Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi 28-ci Beynəlxalq Mədəniyyət, İncəsənət və Ərik Festivalının açılış günündə səhnəyə çıxan müğənni Elif Buse Doğan konsert meydanında gözlədiyi izdihamı görmədikdə təəccübünü gizlədə bilməyib.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Konsert zamanı tamaşaçılara müraciət edən sənətçi, "Malatyalılar haradadır? Başqa konsert varmı?" sualını səsləndirib. Səhnə önündə olan izləyicilər isə zarafatla "Ərik yığmağa gediblər" cavabını veriblər.

Bu cavab qarşısında gülümsəyən Elif Buse Doğan "Kaş ki, onların işlərini bitirməyə kömək etsəydik ki, bu axşam konsertə gələ biləydilər" deyib. (Kult.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az