Əməkdar artist Səbinə Babayeva ölkəmizi "Avroviziya 2024"də təmsil edən Fahree və İlkin Dövlətovdan danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Özəl" verilişinə qonaq olan müğənni təmsilçilərimizin finala keçmədikləri üçün tənqid edilməsinə əsəbiləşib:
"Bu məsələ ilə bağlı instaqramda paylaşım edərək, fikrimi bildirmişdim. Yazdım ki, təmsilçilərimizin çıxışından bir həftə əvvəl onlara uğur diləyirdiniz, bu gün isə onları tənqid də yox, təhqir edirsiniz. Belə xainlik etmək olmaz. Onlar bizim təmsilçilərimiz, qanımız, canımızdır. Onlar Avropa səhnəsində ölkəmizi təmsil ediblər. Bu bir təcrübədir. Biz hər zaman beşliyə çıxmayacayıq ki... "Avroviziya"nın tarixinə nəzər salsaq görərik ki, hər il sənin finala, üçlüyə, beşliyə düşmək imkanın yoxdur. Bundan nəticə çıxardıb nəsə başqa bir üslub axtarıb, tapmalıyıq".
Səbinə Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımovun istefa verməsi məsləsinə də toxunub:
"Bu məsələ ilə bağlı yazılan şərhləri görməmişəm. Amma belə bir şey varsa, buna münasibətim çox pisdir. Çünki yıxılana balta vurmazlar. Biz çox gözəl millətik. Mən öz millətimi çox sevirəm. Amma bizim insanlarda yersiz tənqid etmək var. Baxır bu tənqidi kim edir. Sən gərək bu sahənin insanı olasan və analiz edəcək düşüncəyə sahib olasan ki, oturub kimisə tənqid edəsən".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun