2022-ci ildə çəkilmiş türk istehsalı "Duy Beni" serialında canlandırdığı "Emine" obrazı ilə yadda qalan Lydia Cemre Özşişman son halı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, Lydia Cemre Özşişman uzun müddət davam etdirdiyi sağlam qidalanma proqramı və idman sayəsində böyük fiziki dəyişiklik yaşayıb. "35 kilo arıqlayaraq fit görünüşə qovuşan gənc aktrisa yeni layihəsi "Çiçekçi Kız"da Melis" obrazını canlandıracaq. O, serialda Nilüferin (Helin Kandemir) universitetdən olan yaxın rəfiqəsi rolunda tamaşaçı qarşısına çıxacaq. (olay)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)


Mənbə:
news.milli.az
















