Məşhur bəstəkar Ətiqə Ələkbərovanın səhhəti pisləşib.
OLAY yazır ki, bununla bağlı “Elgizlə izlə” verilişində məlumat verilib. Ələkbərovanın evinə yollanan proqramın çəkiliş heyəti bəstəkarın vəziyyəti ilə maraqlanıb.
Proqramın aparıcısı E. Əkbərdən yardım istəyən sənətçi özünü pis hiss etdiyini bildirib: “Özümü çox pis hiss edirəm. İndi güclə danışıram. Kürəyimdə ağrılar var”.
Daha sonra bildirilib ki, Ə.Ələkbərovanın iki qızı var. Onların biri ilə hələ də bəstəkar danışmır. Bir qızı Amerikaya köçub, digəri qızı isə Avropada yaşayır. O, iki dəfə anasına maddi dəstək durub və pul yollayıb. E.Əkbər isə ona yardım edəcəyini vurğulayıb.
Qeyd edək ki, Ə. Ələkbərova psixoloji problemləri üzündən 5 il ruhi xəstəxanada müalicə alıb.