"Rəşadla oxşar xüsusiyyətlərimiz çoxdur. Amma o elə bil bu zəmanənin adamı deyil. Oğlumda daha çox bəyənmədiyim şey budur. Çox rahat və sərbəstdir. İstərdim ki, daha çevik olsun. Amma sonradan düşünürəm ki, əslində biz bu barədə oxşayırıq. Mən də belə olmuşam".
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Xəzər axşamı" verilişində deyib.
Oğlunun toyunu səbirsizliklə gözləyən sənətçi övladına indiyə kimi heç bir qızı məsləhət görmədiyini bildirib:
"Hər bir valdeyn nəyəsə tələsir. Amma mən oğluma indiyə kimi heç bir qızı məsləhət görməmişəm. Bunu ilk dəfədir etiraf edirəm. İstəyirəm ki, onun ürəyincə olsun və o qızı tapaq. Gecikməsinin də səbəbi budur, sevgi ilə qurulan ailə bir az fərqli olur.
Mən gəlinimi əziyyət çəkməyə qoymayacağam. Yeməkləri özüm bişirəcəyəm və hər ikisinin qulluğunda duracağam. İstəyim odur ki, onlar biri-birini sevsinlər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun