"Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev

"Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
"Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev

Aktyor Fərda Xudaverdiyev fərqli sahələrdə çalışmaq cəhdlərindən danışıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Mədəni şou" verilişində açıqlama verib. O, müxtəlif sahələrə yatırım etdiyini, lakin uğur qazana bilmədiyini deyib:

"Başqa sahələrə çox müraciət etmişəm. Əlimdə olan bütün vəsaiti qoyub tam batırmışam. Amma tez geri dönüş etmişəm. Anladım ki, mənim missiyam aktyorluqdur. Kaş ki, hər kəs özünü tapa bilə. İnsan özünü tapandan sonra çox rahat olur. Hərənin bir işi var. İşi maşın satmaq olan var, yemək bişirən var, mənim də işim aktyorluqdur". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az