Devid Kopperfild təcavüzdə günahlandırılır

Devid Kopperfild təcavüzdə günahlandırılır

Amerikalı illüzionist Devid Kopperfild 16 qadına nalayiq davranış və təcavüzdə günahlandırılıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.

Məlumata görə, qadınların yarıdan çoxu Kopperfildlə insidentlər zamanı azyaşlı, bəziləri isə həmin vaxt 15 yaşında olduqlarını deyiblər.

Sehrbaza qarşı irəli sürülən ittihamlardan biri də üç qadınla münasibəti zamanı onlara narkotik verməsidir.

Onlar Kopperfildlə uğurlu sənətçi kimi şöhrətinə görə tanış olduqlarını vurğulayıblar.

İllüzionistin adının hallandığı cinayətlərin 1980-ci illərin sonundan 2014-cü ilə qədər baş verdiyi qeyd edilir.

Kopperfildin özü isə yayılan xəbərləri qəti şəkildə inkar edib.

Qeyd edək ki, illüzionist keçmişdə də cinsi xarakterli cinayətlərdə ittiham olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun