Pərvindən onu zövqsüz adlandıran izləyiciyə sərt cavab

Pərvindən onu zövqsüz adlandıran izləyiciyə sərt cavab
Pərvindən onu zövqsüz adlandıran izləyiciyə sərt cavab

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ünvanına yazılan şərhlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, sənətçi onu "zövqsüz" adlandıran izləyicinin fikrinə sərt reaksiya verib.

Pərvin Abıyeva həmin şərhin əsassız olduğunu bildirərək, tənqid müəllifinin zövqünü şübhə altına aldığını deyib.

"Mən zövqsüzəm? Bunu yazanın zövqünə şübhə edirəm. Çünki özüm qədər zövqlü tək-tük insan tanıyıram", - deyə aktrisa bildirib.

Pərvin Abıyevanın bu açıqlaması qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. Sənətçinin cavabı izləyicilər arasında müxtəlif reaksiyalar doğurub və müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az