“Kısmetse olur” niyə yayımlanmır? – Özəl!

“Kısmetse olur” niyə yayımlanmır? – Özəl!

Türkiyədə maraqla izlənilən “Kısmetse olur” yarışması illər sonra yenidən çəkilirdi. Yarışmanın 2-ci sezonu “Aşkın gücü” start götürmüşdü. Lakin uzun müddətdir layihə yarımçıq qalıb.

OLAY-ın əldə etdiyi məlumata görə, buna səbəb realiti-şounu ərsəyə gətirən şirkətin yarışmaçılara ödəniş etməməsidir. Belə ki, iştirakçılar pulları ödənmədiyinə görə bir araya gəlmir. Buna görə də yarışmanın finalı hələ ki reallaşmır. İzləyicilər isə dayanmadan yutubda bununla bağlı şərhlər yazıb, finalın çəkilməsini tələb edirlər.

“Production House” şirkəti ilə sponsorlar arasında da bununla bağlı ciddi problemlər yaşanıb.

Qeyd edək ki, layihənin aparıcısı Öykü Serter idi.