Zaur Baxşəliyev oğlunun dişini özü çəkdi – (Video)

Zaur Baxşəliyev oğlunun dişini özü çəkdi – (Video)
Zaur Baxşəliyev oğlunun dişini özü çəkdi – (Video)

Teleaparıcı Zaur Baxşəliyev sosial şəbəkədə paylaşdığı yeni video ilə izləyicilərin diqqətini çəkib.

Milli.Az xəbər verir ki, aparıcı gecə saatlarında oğlu Davudun süd dişini özü çəkdiyi anları lentə alaraq sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Videoda ata-oğul arasında yaşanan səmimi dialoq və "əməliyyat" zamanı yaşanan maraqlı anlar izləyicilərin marağına səbəb olub. Zaur Baxşəliyevin övladına dəstək olması və prosesi zarafatla idarə etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.

Qısa zamanda geniş yayılan paylaşım çoxsaylı baxış, bəyənmə və şərhlər toplayıb. İzləyicilər videonun həm səmimi, həm də əyləncəli alındığını qeyd edərək fikirlərini şərh bölməsində bölüşüblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az