Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""
Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""

Müğənni Kəmalə Günəşli şəxsi həyatı ilə bağlı səmimi etirafları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi həyat yoldaşı ilə münasibətlərindən danışaraq aralarında qarşılıqlı etimadın olduğunu bildirib.

Kəmalə Günəşlinin sözlərinə görə, həyat yoldaşı onu qısqanmır və hər zaman ona güvənir.

"Mənim yoldaşım bir söz deyirsə, mən beşini deyirəm. Kişini sözlə "döyürəm". Amma o mənə inanır. Bilir ki, heç vaxt ailəmə yaraşmayan addım atmaram. Bəlkə də məni xəbərim olmadan dəfələrlə sınayıb. Ona görə bu qədər rahatdır. Əgər məndə səhv görsəydi, yəqin ki, hər gün mübahisə edərdik", - deyə ifaçı bildirib.

Müğənni əlavə edib ki, ailəsində ciddi münaqişələr yaşanmır və həyat yoldaşı onun harada olduğunu soruşduqda yerini deməsi kifayət edir.

Kəmalə Günəşli bəzi cütlüklərin bir-birinə həddindən artıq nəzarət etməsini də doğru hesab etmədiyini vurğulayıb.

"Kişi məclisə gedəndə nə olur ki? Əsas odur ki, insan özünü düzgün aparsın, ailəsinə hörmət etsin. Elə insanlar var ki, olduqları yeri videobağlantı ilə göstərirlər. Məncə, buna ehtiyac yoxdur", - deyə sənətçi fikirlərini bölüşüb.

İfaçının ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az