"Oğlanlar qız paltarı geyinmək üçün rəqabətə giriblər"

"Oğlanlar qız paltarı geyinmək üçün rəqabətə giriblər"

"Avroviziya" 2024 Mahnı Yarışması bu il də müzakirəsiz ötüşmədi.

Hər ötən il bu yarışma möhtəşəm musiqi ilə deyil, kişi iştirakçıların geyimi ilə müzakirə mövzusu olur.

Bu il - 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) adlı gənc də səhnə geyimi ilə gündəmə çevrildi.

Belə ki, oğlan iştirakçının səhnəyə qısa ətəklə və idman ayaqqabısı ilə çıxması birmənalı qarşılanmadı.

Milli.Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan modelyer, dizayner Şəlalə Maqsudova bildirib ki, son illər sözügedən beynəlxalq yarışmada iştirak edən bir çox iştirakçının səhnə geyimlərinə önəm verilmir:

"Son illərdə bu yarışmada iştirak edənlərin (əsasən də, oğlan iştirakçılar) geyimi heç də alqışalayiq deyil. Sanki təbliğat başqa istiqamətdə gedir. Bu geyimlər nə məsrəf, nə də ki, zəhmət tələb edən geyimlər deyil.

Bu yarışmada getdikcə oğlanlar qadın geyimində səhnə almaq üçün sanki rəqabətə girirlər. Nə səhnə performansı, nə musiqi ilə yadda qalırlar, bu, vulqar qadın obrazından başqa bir şey deyil".

Modelyer birinci yarımfinalda mübarizəni dayandıran Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətovun səhnə geyimlərini bəyəndiyini açıqlayıb:

"Bizim iştirakçıların geyimlərini çox bəyəndim, mükəmməl geyimlər idi. Uşaqların səsi, musiqi seçimi, səhnəyə və musiqiyə uyğun geyim hamısı bir-birini tamamlayırdı. Mən əminliklə deyə bilərəm ki, bizim hazırladığımız kişi obrazları nə qədər mükəmməl olsa da Avropa üçün maraqlı deyil".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun