Türkiyənin sevilən "Arka Sokaklar" serialında canlandırdığı Vedat müdür obrazı ilə tanınan aktyor Murat Ormiyak illər sonra yenidən gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış aktyor hazırda qocalar evində yaşayır.
Murat Ormiyak açıqlamasında uzun müddətdir onu ziyarət edən olmadığını deyərək kövrək anlar yaşayıb. Aktyorun "Məni heç kim ziyarət etmir, gələn yoxdur" sözləri izləyiciləri duyğulandırıb.
Onun səmimi etirafı qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və çoxsaylı müzakirələrə səbəb olub. İstifadəçilər aktyora mənəvi dəstək ifadə edən yüzlərlə şərh yazaraq ona xoş arzularını çatdırıblar.
Bir vaxtlar milyonlarla tamaşaçının sevgisini qazanan sənətçinin hazırkı həyatı sosial mediada geniş rezonans doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

















