Fatma saxlanıldı, sosial şəbəkə hesabları bağlandı - (Foto)

Fatma saxlanıldı, sosial şəbəkə hesabları bağlandı - (Foto)
Fatma saxlanıldı, sosial şəbəkə hesabları bağlandı - (Foto)

Türkiyəli sosial media fenomeni Fatma Soydaş barəsində "xalqın bir qisminin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etmə" ittihamı ilə saxlanılma qərarı çıxarılıb.

Milli.Az xəbər verir ki, bununla yanaşı, fenomenin sosial şəbəkə hesablarına giriş də məhdudlaşdırılıb.

İddialara görə, Fatma Soydaş pullu abunə sistemi vasitəsilə paylaşdığı bəzi məzmunlarda dini simvolları və hicabı qeyri-etik görüntülərlə bir araya gətirib. 

Hadisələrdən sonra Soydaşın daha əvvəl qatıldığı televiziya proqramındakı açıqlamaları da yenidən müzakirə olunmağa başlayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Fatma saxlanıldı, sosial şəbəkə hesabları bağlandı - (Foto)
Mənbə: news.milli.az