Mətanət İsgəndərli qardaşının ölümündən danışdı: "Övlad toyu görmədi..."

Mətanət İsgəndərli qardaşının ölümündən danışdı: "Övlad toyu görmədi..."

Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib.
 
Milli.Az bildirir ki, moderator.az-a açıqlama verən sənətçi qardaş itkisinin onun üçün çox ağır dərd olduğunu bildirib.

  • Əməkdar artistə ağır itki 
  • 3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti
    "Kədərləndim, göz yaşı məni bürüdü" - VİDEO 

"Əməliyyata girəcəkdi, bu gün keçindi. Ayağını amputasiya edəcəkdilər ki, bir az yaşasın. Yazıq bildi ki, ayağını kəsəcəklər, ürəyi partladı. Çox ağır dərddir. 57 yaşı var idi. Övlad toyu görmədi. Bir oğlu hərbi xidmətdən yeni gəlib, digəri də iyulda əsgər gedəcək. Sizin vasitənizlə mənə baş sağlığı verən həmkarlarıma və sevənlərimə təşəkkürümü bildirirəm" deyə sənətkar deyib.

Qeyd edək ki, sənətçinin qardaşı uzun müddətdir xəstə idi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun