"Xanım əməkdar artist dedi ki, zəhləm gedir Elşaddan" - (Video)

"Xanım əməkdar artist dedi ki, zəhləm gedir Elşaddan" - (Video)
"Xanım əməkdar artist dedi ki, zəhləm gedir Elşaddan" - (Video)

Müğənni Elşad Qarayev "Günə uğurla" verilişində maraqlı xatirəsini bölüşərək diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, ARB televiziyasında yayımlanan proqramlardan birinin çəkilişi zamanı tanınmış bir əməkdar artist onunla səmimi davransa da, sonradan tam əks münasibət sərgiləyib.

Qarayevin sözlərinə görə, həmin xanım onu görən kimi ayağa qalxaraq tərifləyib və xoş sözlər söyləyib.

"ARB-də bir verilişə çəkilirdik. Bir xanım əməkdar artist məni görən kimi ayağa qalxdı, o qədər təriflədi ki, dedi çox gözəl insanam və s.", - deyə müğənni bildirib.

İfaçı daha sonra səhnəyə çıxandan sonra yaşanan hadisəni belə xatırlayıb:

"Dostum həmin xanımın yanında əyləşmişdi, amma o bilmirdi ki, dostum mənimlə gəlib. Dostum sonra mənə dedi: "Elşad müəllim, bu necə adamdır?" Soruşdum ki, niyə? Dedi ki, siz oxumağa gedəndən sonra həmin xanım müğənni "Elə zəhləm gedir ki, bu kişidən" dedi".

Elşad Qarayevin bu etirafı studiyada maraqla qarşılanıb. Sənətçinin açıqlaması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az