Xalq artisti Afaq Bəşirqızı açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi “Şən gənc” verilişində maraqlı fikirlər səsləndirib və internetin nə olduğunu bilmədiyini deyib:
“Ümumiyyətlə, internet nədir? Yeməli-içməlidir? İnternet istifadə olunmalıdır? Məsələn, yemək bişirməyə qazanım, çay qaynatmağa çaydanım, evi süpürməyə süpürgəm olmasa, yaşaya bilmərəm. İnternet olmasa, mən bilmirəm nə olar. İnternetin nə olduğunu bilmirəm, tanımıram. Mənim o sir-sifətim yoxdur ki, iki dəqiqədən biri görüntülü zəng edib camaatı su çiçəyinə yoluxdurum”.