Avroviziya təmsilçimiz Samirə Əfəndi canlı efirdə qorxulu anlar yaşayıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, "Rəngarəng" verilişində sənətçi ilə oyun oynanılıb. Belə ki, Samirə gözübağlı şəkildə əli ilə qutuda nə olduğunu təxmin etməli olub.
Sonuncu qutuya isə diri ilan qoyulub. Bu zaman digər qonaq aktyor Elməddin Cəfərov "Samirə bəsdir, alqışlar" deyərək oyunu dayandırmaq istəyib. Lakin aparıcılar davam edtirib.
Əfəndi bir neçə dəfə toxunduqdan sonra onun diri ilan olduğunu başa düşüb və qorxaraq gözünü açıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun