Azərbaycanlı aparıcı vəfat edən övladından yazdı - FOTOlar

Azərbaycanlı aparıcı vəfat edən övladından yazdı - FOTOlar

Xəbər verdiyimiz kimi, ARB telekanalında çalışan aparıcı Aynur Bağırova bir neçə gün əvvəl övladını itirib.

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, A.Bağırova sosial şəbəkə hesabında övladından yazıb.

"Heç ağlıma gəlməzdi ki, səninlə sonuncu şəklim çəkilir. Qardaşın getmişdi, səninlə təskinlik tapdım, toparlandım. Amma sən də getdin. Belimi qırdın. Məni məhv elədiniz. Amma bir tərəfdən də rahatam ki, bu çirkab dünyadan 2 mələk göndərmişəm. İndi cənnətdə bacı-qardaş əl-ələ verib atanız və ananız üçün dua edin. Çox çalışdım səni ayağa qaldırım, Sevgi, amma Əlidən güclü ola bilmədim. Sizi heç vaxt umutmayacağam, mənim mələklərim. Ürəyimi elə kül eləmisiniz ki... Bu gün 1 həftədir artıq Sevgi səni qoxlaya bilmirəm, evdən səsin gəlmir" deyə, o, paylaşımında yazıb. 

Qeyd edək ki, aparıcının 2 yaşlı övladı uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun