Aktyor Ziya Ağa Azərbaycan Dövlət Akademik Milli Dram teatrına qayıdıb.
Bu barədə sənətçi özü OLAY-a açıqlama verib. O bildirib ki, ötən aydan yenidən sözügedən teatrda işə başlayıb:
“Rəhbərlik mənimlə danışdı ki, yeni işlərimiz olacaq, istəsən, çalışmaq istəyirik. Mən də dedim, canla-başla... Aprelin 2-dən isə əmrim verildi, işə başladım. Hüseyn Cavidin “İblis” əsərinin motivləri əsasında Mehriban Ələkbərzadənin rekonstruksiyasıdır. Həmin əsərin motivləri əsasında “İblis və ... ” tamaşasının üzərində işləyirilk. Çox çətin roldur. Bu günə kimi oynadıqlarım sırasında ən çətinidir. Çünki dili əski türkcədədir”.
Qeyd edək ki, Ziya ötən ilin sentyabrında AzDrama ilə yollarını ayırmışdı.
Xüsusi qeyd: Sənətçinin OLAY-a geniş müsahibəsi yaxın zamanda təqdim olunacaq.