"Oğlum deyir ki, sənin kimi birini istəyirəm. Deyirəm ki, oğlum, onu haradan tapacam? Mənim kimisi yoxdur".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova "Qonaqcanlı" verilişində deyib. Övladından danışan müğənni arzuladığı gəlin tipini açıqlayıb:
"İstəyirəm o, mənim qızım olsun. Gəlin nədir? Unudum ki, gəlindir. Qızımdır, evimdir, eşiyimdir. "Kadınsı" olsun. Mənim kimi sadiq, fədakar, cəfakeş, düzgün olsun. Qətiyyən onu qısqanmaram. Sadaladıqlarım olsa, ona canımı da verərəm. Mənim üçün bioloji tərəf, qan qohumluğu vacib deyil. Gəlin dediyiniz nə olsun qanımdan, canımdan deyil, qızımdır. Bizim istədiyimiz kimi biri olsa, o, mənim balamdır".
Qeyd edək ki, Xumar Qədimovanın bir oğul övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun