Əməkdar artist Mətanət İsgəndərli vəfat edən qardaşıyla bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi mərhumun fotosunu paylaşaraq bu sözləri yazıb:
“Bacın sənə qurban, əziz qardaşım Hüseynağa. Arzuları ürəyində qalan, balalarından nigaran gedən qardaşım. Qardaş dərdi nə yaman ağır olurmuş. Bu hissi ürəyi yanan bacılar bilər. Bu acını da yaşadım. Balalarını mənə tapşırıb getdin. Qardaş ölümü dərmanı tapılmaz, dərdi bilinməz, sağalmaz yaradır. Dünyanı dolanıb gəzəsən, qardaş ölumü nə qədər tapılmaz çarədir. Məkanın cənnət olsun, əziz qardaşım”.
Qeyd edək ki, İsgəndərlinin qardaşı dünən vəfat edib.