Müğənni Sədaqət Ulduzun əkiz övladı dünyaya gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə ifaçının anası, aşıq Ulduz Sönməz "7 Tamam" verilişində telefon bağlantısı zamanı deyib. O, əkizlərin oğlan olduğunu bildirib.
Müğənni bir ay əvvəl dünyaya gələn körpələrinə Rəhim və Rəsul adını verib.
Qeyd edək ki, Sədaqət Ulduz 2019-cu ildə ailə qurub. Uzun müddətdir analıq arzusunda olan ifaçının həyat yoldaşı İsveçrədə yaşayır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun