Amerikalı aktrisa, müğənni Vanessa Hacens ailə qurub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 34 yaşlı aktrisa 27 yaşlı beysbolçu Koul Takerlə həftəsonu Tulumda nikah masasına əyləşib. Cütlüyün toy şəkilləri sosial mediada yayılıb.
Qeyd edək ki, Vanessa və Koul ilk dəfə 2020-ci ilin noyabrında Los-Ancelesdə görüntüləniblər. Onlar fevralda Parisdə nişanlandıqlarını elan ediblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun