Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül Bakıda konsert verib.
Milli.Az olay-a istinadən bildirir ki, sənətçi ötən gün Bakı Konqres Mərkəzində səhnəyə çıxıb.
Mahsun gecədə anasından danışarkən kövrəlib:
"Anam artıq məni tanımır. Alzheimer xəstəsidir. Onun yanına gedirəm, gözünü də aça bilmir. Ancaq qulağına mahnılar oxuyuram, əlini tuturam".
Daha sonra "Annem annem" mahnısını səsləndirən sənətçi göz yaşlarına hakim ola bilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun