Xalq artisti Röya Ayxan Sumqayıtda konsert proqramı ilə çıxış edib.
OLAY yazır ki, Kimyaçılar Mədəniyyət evində baş tutan gecədə maraqlı anlar yaşanıb.
Əməkdar artist Ruhəngiz Allahverdiyeva estrada ulduzunun konsertində qonaq olub. R. Ayxan onu səhnəyə dəvət edərək bunları söyləyib:
“Mən qrupdan çıxıb yeni-yeni mahnılar yazdıranda evinə qədər gedib, qonaq olmuşam. Bu günə qədər bir dəfə də olsun bunu səsləndirməyib. O, mənim gözəlimdir, canımızdır. Bu gün onun güzgüləri ilə gəlmişəm. Ruhəngiz xanım, xoş gəlmisiniz. Bir dəfə ona “xala” demişdim. Sonra dedilər ki, belə söz demək olmaz. Mən sizi çox sevirəm. Necə “xala” yazmışam... Əvvəl elə bilirdik ki, elə deyəndə bizi sevəcəklər. Dəlisən, o boyda sənətkara o sözü yazmısan”.
R. Allahverdiyeva isə pop ulduzla bağlı bunları deyib:
“Doğrudan da çox zəhmətkeşdir. Dişi, dırnağı ilə bu sənətə gəldi. O, sevilməyə layiqdir. Çünki zəhmət insanı ucaldır. İlk dəfə onun təqdimatında olmuşdum. İndiyə qədər o zərfi saxlayıram. Yazmışdı ki, xala, mən sizi dəvət edirəm. Ona görə də bəli, mən sənin xalanam”.