Məşhur ABŞ-li reper Pi Diddinin (Paff Diddi, əsl adı Şon Kombs) Los-Ancelesdəki hotelin dəhlizində keçmiş sevgilisi Kessi Venturanı vəhşicəsində döydüyü görüntülər yayılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, CNN tərəfindən yayımlanan görüntülərdə Diddinin Kessini yerə yıxaraq təpiklədiyi və paltarından tutaraq dəhlizdə sürüdüyü kadrlar yer alıb. Məlumdur ki, hadisə 2016-cı ildə baş verib. Bundan sonra qadın reperə qarşı zorakılıq iddiası ilə şikayət ərizəsi verib, lakin məhkəmə prosesi baş tutmayıb.
İddia edilib ki, reper videonun heç yerdə ortaya çıxmaması üçün 50 min dollar ödəyib.
Qeyd edək ki, 2024-cü ilin mart ayında reperin evində zorakılıq və insan alveri ittihamları üzrə axtarış aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun silahını və telefonlarını müsadirə ediblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun